Qırğızıstanın Xarici İşlər Nazirliyi İstanbulunun "Reina" klubundakı terroru törədənin Qırğızıstan və ya Özbəkistan vətəndaşı olması ehtimalı ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərlərə münasibət bildirib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, Qırğızıstan XİN-in sözçüsü Aiymkan Kulukeyeva deyib ki, "İstanbuldakı səfirliyə mətbuatda çıxan bu xəbərləri araşdırmaq üçün təlimat verilib: "İlk məlumatlar bunun şübhəli bir informasiya olduğunu göstərir. Amma yenə də araşdırırq".Qırğızıstan XİN-dən “Reina“ terrorçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

