Bağdad terrorunu İŞİD törədib: 39 ölü, 57 yaralı - YENİLƏNİB

Bağdad terrorunu İŞİD törədib: 39 ölü, 57 yaralı - YENİLƏNİB backend

İŞİD Bağdadda baş vermiş dəhşətli partlayışa görə məsuliyyəti üzərinə götürüb. APA-nın “Al Jazeera”ya istinadən verdiyi məlumata görə, İraq paytaxtında minalanmış avtomobilin partlaması nəticəsində 39 nəfər ölüb, 57 nəfər yaralanıb. Polisin məlumatına görə, avtomobilin içərisində quraşdırılan partlayıcı qurğu insanların sıx toplaşdığı meyvə-tərəvəz bazarı və polis məntəqəsinin yaxınlığında partladılıb.

***
14:22
İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 32 nəfər ölüb. Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Bağdad polisi məlumat verib.

Hadisə nəticəsində 61 nəfərin yaralandığı bildirilir. Partlayış şəhərin Mədinət əs Sədr meydanında baş verib. Hələlik heç bir qruplaşma terrora görə məsuliyyəti üzərinə götürməyib.