İndoneziyada turist gəmisində beş verən yanğın nəticəsində 23 nəfər ölüb, daha 32 nəfər isə xəsarət alıb.
Qaziler.az-ın xəbərinə görə, bu barədə Reuters nəşri Cakarta xilasetmə xidmətinə istinadən məlumat yayıb.Qeyd edilir ki, gəmidə ümumilikdə 250 nəfər olub. Yanğın bərənin Cakartanın şimalında Muara Anqke limanından çıxandan sonra başlayıb. Gəmi geriyə limana qaytarılıb və insanlar təxliyyə olunub.
Polisin məlumatına əsasən, yanğına qısa qapanma səbəb olub.