Kamal Sunalın ailəsi onun 36 filmini çəkən “Gülşah film” studiyasını məhkəməyə verib və 856 min 479 lirəlik məhkəməni qazanıb.
Axar.az xəbər verir ki, mərhum aktyorun oğlu Əli Sunal məsələ ilə bağlı bunları deyib: “Bir oğul olaraq atamın vəsiyyətini yerinə yetirdiyimə görə qürur duyuram. Türkiyədə sənətçilər təkrarlanan filmlərindən heç nə almırlar. Ən çox sui-istifadə edilən isə atam olub. Usta aktyorların filmləri təkrar-təkrar nümayiş olunur. Atamın 82 filmi var, ildə ən azı, 1000 dəfə göstərilir. Bundan gələn haqları almaq niyyətindəyik”.Qeyd edək ki, Kamal Sunalın ailəsi onun digər filmlərini çəkən şirkətləri də məhkəməyə verməyə başlayıb.