İstanbulda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib, 69 yaralı var - YENİLƏNİB

İstanbulda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib, 69 yaralı var - YENİLƏNİB backend

İstanbuldakı gecə klubuna hücum anının əks olunduğu kadrlar İnternetdə dərc edilib.

APA-nın xəbərinə görə, kadrlarda silahlı şəxsin binaya yaxınlaşaraq girişdə duran şəxslərə atəş açması əks olunub.

****

Gecə klubunda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb. O, xəstəxanalarda 69 yaralının olduğunu da deyib.