BMT yenə erməniləri məyus etdi

BMT yenə erməniləri məyus etdi backend

Birləşmiş Millətlər Təşkilatı (BMT) qondarma "erməni soyqırımı" ilə bağlı növbəti dəfə erməniləri məyus edib.

Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında jurnalistlərin suallarını cavablandıran BMT baş katibinin mətbuat sözçüsü Stefan Düjarrik 1915-ci il hadisələri ilə bağlı ermənilərin iddiaları və Roma Papasının bu məsələ ilə bağlı səsləndirdiyi fikirlərə belə münasibət bildirib: “Baş katib Pan Gi Mun 1915-ci ilin faciəvi hadisələrinin xatırlanması və yad edilməsi ilə o dövrdə baş vermiş həqiqətlərin aşkarlanması üçün əməkdaşlığın davam etdirilməsinin, oxşar qətl hadisələrinin gələcəkdə də baş verməməsi üçün kollektiv qərarlılığın gücləndirilməsinin lazım olduğuna inanmaqdadır”, -deyə bildirib.

Düjarrik BMT-nin oxşar cinayətlərin yenidən baş verməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin potensialının artırılması üçün səy göstərdiyini də vurğulayıb.
Diaspora