Bağdadda iki partlayış olub, azı 18 nəfər ölüb

Bağdadda iki partlayış olub, azı 18 nəfər ölüb backend

İraqın paytaxtı Bağdadda ardıcıl törədilən iki partlayış nəticəsində azı 18 nəfər ölüb, 38 yaralanıb.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis bildirib.
Partlayış paytaxtın mərkəzi hissəsində Əs-Sinek rayonunda alış-veriş yerlərindən birində törədilib.
Məlumata görə, əvvəlcə bir partlayış olub, oradakı adamlar qaçmağa başlayıb. Bu zaman ikinci partlayış törədilib.
Partlayışın məsuliyyətini hələlik üzərinə götürən yoxdur.