ABŞ təyyarəsində qəribə olay

ABŞ təyyarəsində qəribə olay backend

Amerika Birləşmiş Ştatlarına məxsus təyyarələrdən biri təcili eniş edib.

Qaziler.az-ın anspress.com-a istinadən məlumatına görə, ABŞ-ın “Alaska Airlines” aviaşirkətinə məxsus 448 reysli təyyarə Sittldən Los-Anceles istiqamətind havaya qalxdıqdan 14 dəqiqə sonra təcili eniş etməli olub. Bu barədə aviaşirkətin saytında xəbər verilib.

Xəbərdə bildirilir ki, Los-Anceles istiqamətində uçan təyyarənin baqaj bölməsində səs gəldiyi müəyyən edilib. Laynerin kapitan pilotu bu səbəbdən təcili eniş etmək barədə qərar verib.

Hava limanına qayıdan təyyarənin baqaj bölməsinə baxış zamanı orada yükyığan işçinin olduğunu görüblər. O, təyyarədə cavabdeh olduğu bölmənin texniki vəziyyətinə baxarkən orada yuxuya gedib.

Aviaşirkətin yaydığı açıqlamada hadisə zamanı yükyığanın yaralanmadığı, lakin müayinədən keçək üçün xəstəxanaya göndərildiyi bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.
Diaspora