Rio-de-Janeyroda polis zabiti Yunanıstan səfiri Kiriakos Amiridisin qətlində günahkar olduğunu etiraf edib.
Qaziler.az-ın xəbərinə görə, bu barədə Reuters nəşri yerli televiziyaya istinadən məlumat verir.Hüquq-mühafizə orqanları ehtimal edirlər ki, səfirin qətlində onun həyat yoldaşının da əli var, belə ki qadın həmin polis əməkdaşı ilə sevgili olublar.
Yunanıstan XİN hadisə ilə bağlı heç bir şərh verməyib.