"Suriya münaqişəsi birbaşa və ya dolayı yolla terrorçulara dəstək verən Avropalı ölkələr tərəfindən ortaya çıxarılıb".
Qaziler.az bildirir ki, ATV.az-ın məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd İtaliyanın “İl Giornale” qəzetinə açıqlamasında belə deyib. O bildirib ki, Avropanın Suriyaya qarşı tətbiq etdiyi sanksiyalar və terrorçulara verilən dəstək ölkədəki münaqişəni daha da dərinləşdirir. Avropadan mövqeyini dəyişməsini tələb edən Əsəd, dünyada sülh və əmin-amanlığın ABŞ-Rusiya münasibətlərindən asılı olduğunu bəyan edib:“Dünyanın iki böyük dövləti arasında münasibətlər yaxşı olarsa, Suriya daxil olmaqla dünyanın bir çox ölkəsi bundan faydalana bilər. Beləliklə, Suriyadakı böhran da həllini tapa bilər”.