Yoxa çıxan səfiri arvadı öldürübmüş

Yoxa çıxan səfiri arvadı öldürübmüş backend

Braziliyada yoxa çıxan Yunanıstan səfiri Kiriakos Amiridisin yanmış halda tapılan avtomobilinin içərisindəkli meyitin kimliyi məlum olub.

Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, meyitin elə səfirə aid olduğu bilinib.

Araşdırmalar zamanı məlum olub ki, səfiri onun həyat yoldaşı bir neçə şəxslə əlbir olaraq öldürüb. Təhqiqatçılar səfirlə həyat yoldaşının qaldığı evdə qan izləri aşkar ediblər. Ehtimal edilir ki, K.Amiridis məişət zəminində qətlə yetirilib və daha sonra onun meyiti binadan çıxarılaraq icarəyə götürdüyü avtomobildə gizlədilib.
K.Amiridisin həyat oldaşı və onun qətlində şübhəli bilinən 3 nəfərhəbsediliblər.

Qeyd edək ki, Kiriakos Amiridis Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.