Ankaraya son 20 ilin ən güclü qarı yağdı - Məktəblər bağlandı

Ankaraya son 20 ilin ən güclü qarı yağdı - Məktəblər bağlandı backend

Türkiyədə şaxtalı hava şəraiti və intensiv yağan qar səbəbindən 20 şəhərdə məktəblər tətilə çıxıb. BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara, Nevşehir, Kocaeli, Bolu, Çankırı, Çorum, Uşak, Kırıkkale, Kütahya, Əskişəhər, Balıkesir, Çanaqqala, Bursa, Dənizli, İsparta, Konya, Burdur, Manisa, Sakarya, İzmirdə, həmçinin Mərsində qüvvətli yağış və sel üzündən təhsilə ara verilib.

Məlumatda bildirilir ki, kəskin hava şəraiti uşaqların məktəblərə getməsinə əngəl yaradır. Bu səbəbdən məktəblərdə dərslərin hava şəraitinin az da olsa yaxşılaşmasına kimi təxirə salınması qərara alınıb.

Ən çox qar isə Ankaraya yağıb. Əhali son 20 ildə Ankaraya bu cür qarın ilk dəfə yağdığını bildirir.

Ankara valisi Ərcan Topaca qar və buzlanma səbəbi ilə məktəblərdə təhsilə ara verildiyini bildirib.

Hələ ki, məktəblərin tətilə çıxması ilə bağlı rəsmi qərar verilməyib.