Rəsmi Vaşinqton Rusiyanın İrana S-300 zenit-raket sistemləri ilə təchiz etməsinin əleyhinədir.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest bəyan edib.“Dövlət katibi Con Kerri ABŞ-ın mövqeyini Rusiya XİN rəhbəri Sergey Lavrova çatdırıb”, deyə C.Ernest bildirib.
Bundan əvvəl İsrail rəsmiləri Rusiya prezidenti Vladimir Putinin S-300 zenit-raket sistemlərinin İrana satışına dair qoyulan qadağanı ləğv etməsindən narahat olduqlarını ifadə etmişdilər.