Yunanıstanın Braziliyadakı səfiri itkin düşüb

Yunanıstanın Braziliyadakı səfiri itkin düşüb backend

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Yaneyroda itkin düşüb. "Report"un məlumatına görə, bu barədə "Globo" telekanalı xəbər yayıb.

MəIumata görə, Riodakı diplomatik missiyanın başçısı milad tətilini keçirmək üçün ölkənin paytaxtını tərk edib. Onun yox olması haqqında xəbəri xanımı verib. Qadın bildirib ki, əri ilə telefonla əlaqə saxlaya bilməyib.
Hazırda polis diplomatı axtarır. Hakimiyyət orqanları kömək üçün əhaliyə müraciət edib. Onu sonuncu dəfə dekabrın 26-da görüblər.
Telekanal qeyd edir ki, Amiridis 2016-cı ilin yanvarında səfir vəzifəsinə təyin olunub. O, 2001-ci ildən 2004-cü ilə qədər Yunanıstanın Rio-dakı baş konsulu olub.