Türkiyə prezidentinə Milli Məclisi ləğv etmə səlahiyyəti verildi

Türkiyə prezidentinə Milli Məclisi ləğv etmə səlahiyyəti verildi backend

Türkiyə prezidentinə Milli Məclisi ləğv etmə səlahiyyəti verildi.

Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu səlahiyyəti verən 12-ci maddə Konstitusiya komissiyası tərəfindən təsdiq edilib.

Konstitusiya Komissiyasının çalışmaları davam edir. Konstitusiya dəyişikliyi ilə bağlı edilən təklifin 12-ci maddəsi qəbul edilib. Maddəyə əsasən prezident və Türkiyə Böyük Millət Məclisinə qarşılıqlı ləğvetmə səlahiyyəti verilib.

Prezident və TBMM yeni seçilən prezident və millət vəkilləri vəzifəyə başlayana qədər postunda qalacaq.

HDP Adana millət vəkili Meral Danış Beştaş müzakirələr sırasında söz istəyib. Konstitusiya Komissiyasının mətbuat katibi Əbdürrahman öz millət vəkilinə söz vermədiyi üçün qısamüddətli gərginlik yaranıb.