Ərdoğanla Putin Suriya və Astananı müzakirə etdi

Ərdoğanla Putin Suriya və Astananı müzakirə etdi backend

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon əlaqəsi baş tutub.

Axar.az xəbər verir ki, danışıq zamanı Suriyada başlayacaq atəşkəs rejimi və Astana konfransı müzakirə edilib.

Digər tərəfdən, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla da telefon danışığı apardığı bildirilib.

Qeyd edək ki, 30 dekabr 00:00-dan etibarən Suriyada atəşkəs başlayacaq.