Mersində sel 2 nəfərin ölümünə səbəb oldu.
Ölkə.Az xəbər verir ki, Türkiyənin Mersin əyalətində yağan leysan yağışlar selə səbəb olub. Şəhərin əsas küçələri su altında qaldığı üçün yüzlərlə avtomobil küçələrdə qalıb. Sel suları iki nəfərin ölümünə səbəb olub.Yağış səbəbindən məktəblərdə 1 günlük tətil elan edilib. Bələdiyə isə vətəndaşları xəbərdar edərək ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamağı məsləhət görüb. Bələdiyyə sədri Burhanettin Kocamaz isə qar yağan ərazilərə də yağışın düşməsindən təşviş keçirdiyini bildirib. Yağan yağış qarı əritsə, təbii fəlakətin miqyası artacaq.