Rusiya Müdafiə Nazirliyi Qara dənizə üzərində qəzaya uğrayan Tu-154 təyyarəsi ilə bağlı istintaq nəticələrini açıqlayıb. Avropa.info xəbər verir ki, Uçuşların və Aviasiyanın Təhlükəsizliyi üzrə Xidmətin rəisi general-leytenant Segey Baynetov deyib ki, qəzada ölənlərin üzərində yanğın və partlayış izi aşkar edilməyib. Terror versiyası istisna edilir. O, istintaqın qəzanın səbəbləri ilə bağlı 7 versiyanı araşdırdığını deyib.
Son axtarış tədbirləri nəticəsində 19 nəfərin cəsədi və 239 bədən parçası su üzünə qaldırılıb. Xilasedicilər deyirlər ki, təyyarə 1800 parçaya ayrılaraq tam dağılıb. Laynerin əsas hissələri dənizin dibindən çıxarılıb.
Tapılan iki “qara qutu” şifrlərin açılması üçün Moskvaya göndərilib. Son məlumata görə, qasırğa üzündə axtarış tədbirləri dayandırılıb.