Dünya bazarında güclənən dolların məzənnəsi Türkiyədə rekord səviyyədə yüksələrək 2,6572 lirəyə çatıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, dolların indeksi gün ərzində ən yüksək 99,98 səviyyəsinə qədər qalxıb.Həftənin ilk gününə 2,7790 lirə səviyyəsindən başlayan avronun məzənnəsi isə gün ərzində yüksələrək 2,7916 lirə olub.