Tramp: “Kompüterlər həyatımızı çox çətinləşdirib”

Tramp: “Kompüterlər həyatımızı çox çətinləşdirib” backend

“Mən düşünürəm ki, kompüterlər bizim həyatımızı çox güclü şəkildə çətinləşdirib. Kompüter epoxasının özü bizi elə bir yerə aparıb ki, orada nə baş verdiyini heç kim bilmir”.

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Obama administrasiyasının haker hücumları ilə əlaqədar Rusiyaya tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalarla bağlı jurnalistlərin sualına cavabında deyib. O bildirib ki, ABŞ öz gündəlik həyatı və qayğıları ilə məşğul olmalıdır.

D. Tramp respublikaçı senator Lindsi Qremin sanksiyaların Rusiya və xüsusən prezident Putinə üçün ağrılı ola biləcəyi barədə şərhinə də münasibətini açıqlayıb: “Mən senatorlarla görüşməmişəm, amma tezliklə mütləq görüşəcəyəm”.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama seçki kampaniyası dövründə Demokratlar Partiyasının serverlərinə haker hücumları ilə əlaqədar Rusiyaya tətbiq olunacaq yeni sanksiyaları elan etməyə hazırlaşır.