Putin suallara cavab verəcək

Putin suallara cavab verəcək backend

Rusiya vətəndaşlarının prezident Vladimir Putinə ünvanladığı sualların sayı 1 milyona çatır.

APA-nın “Rossiya 24” telekanalına istinadən verdiyi məlumata görə, sualların 25 faizi sosial problemlərə həsr olunub.

Rusiya vətəndaşlarını həmçinin rublun məzənnəsi, böhran əleyhinə proqramlar, korrupsiya ilə mübarizə, Ukraynadakı vəziyyət və digər məsələlər maraqlandırır.

Ən çox sualları verən 50-56 yaşlı insanlardır.

Qeyd edək ki, Putin bu suallara aprelin 16-da Rusiyanın federal kanallarının canlı efirində cavab verəcək.
Diaspora