“Şahzadə Lei” dünyasını dəyişdi

“Şahzadə Lei” dünyasını dəyişdi backend

Ulduz müharibələri filmində şahzadə Lei obrazını canlandıran Kerri Fişer 60 yaşında vəfat edib.

Qaziler.az Gazeta.ru-ya istinadən xəbər verir ki, aktrisanın ölümü barədə məlumatı onun ailəsi təsdiqləyib.

“Onu bütün dünya sevirdi, onun yerini heç kim verə bilməyəcək”, - Fişerin qızı Billi Laurd deyib.

Qeyd edək ki, Fişer dekabrın 24-də ürək tutmasından sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.