İstanbulda Fətullah Gülən tərəfdarlarının ilk məhkəmə prosesi start götürüb.
Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, təşkilat 15 iyul hərbi-çevriliş cəhdində ittiham edilir.Müttəhimlər arasında 29 polis əməkdaşı var. Onlardan 25-i artıq həbs edilib. Bildirilir ki, bu polis əməkdaşları hərbi çevriliş günü Türkiyə prezidentinin İstanbulun Tarabya ərazisində yerləşən rezidensiyasını mühafizə etməkdən boyun qaçırıblar. Polis əməkdaşları həm də konstitusiya quruluşunun dəyişdirməyə cəhd etməkdə ittiham edilirlər.
59 səhifəlik ittiham aktına görə, müttəhimlər nəinki əmrə tabe olmayıblar, eyni zamanda, digər polisləri də qiyamçılara qarşı mübarizə aparmamağa təşviq ediblər.
Prokuror 21 polisi ömürlük həbsə, 8 nəfəri isə 15 illik həbs cəzasına məhkum etməyi tələb edib.