Bolqarıstan prezidentindən sərt ittiham — Rusiya Avropa İttifaqını daxildən çökdürmək istəyir

Bolqarıstan prezidentindən sərt ittiham — Rusiya Avropa İttifaqını daxildən çökdürmək istəyir backend

Bolqarıstan prezidenti Rusiyanın ünvanına sərt ittihamlar irəli sürüb. Ölkə.Az xəbər verir ki, Rosen Plevneliyev rəsmi Moskvanı müxtəlif vasitələrlə Avropa İttifaqında vəziyyəti pozmağa cəhd etməkdə ittiham edib. Prezidentin fikrinə görə, Rusiya Bolqarıstandakı Avropa əleyhinə fəaliyyət göstərən partiya və mətbuat orqanlarını maliyyələşdirir.

Plevneliyevin fikrinə görə, Rusiya vaxtilə SSRİ-nin qarşısına qoyduğu məqsədi reallaşdırmağa çalışır: "Avropanın zəiflədilməsi, demokratiya və hüququn aliliyi kimi dəyərləri şübhə altına almaq".

Siyasətçinin fikrinə görə, Avropa İttifaqının sakinləri baş verən hadisələrdən xəbərdar olmalı və rus propoqandasının nəyə hesablandığını bilməlidirlər.