Türkiyənin xarici işlər naziri rusiyalı həmkarı ilə Suriya məsələsini müzakirə edib. Ölkə.Az xəbər verir ki, nazirlərin danışığı telefon vasitəsilə baş tutub. Nazirlər Suriyada baş verən prossesləri müzakirə ediblər.
Lavrov və Çavuşoğlu müzakirə zamanı Suriya ərazisində atəşkəs müqaviləsinin vacib olduğunu vurğulayıblar. Bundan başqa nazirlər Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Suriya məsələsi ilə bağlı müzakirələr barədə də danışıblar.