İstanbulda böyük əməliyyat — Mafiya başçıları həbs edildi

İstanbulda böyük əməliyyat — Mafiya başçıları həbs edildi backend

İstanbul polisi böyük əməliyyat keçirib. Ölkə.Az xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində 45 nəfər saxlanılıb. Sedat Şahin və Alattin Saral haqqında da həbs qərarı çıxarılıb.

İstanbul mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi Sarallar və Şahinler kimi tanınan cinayət qruplaşmalarına qarşı təşkil etdiyi əməliyyat nəticəsində 45 nəfər saxlanılıb. Saxlanılanlar arasında Sarallar qruplaşmasının liderlərindən sayılan Burhanettin Saralın da olduğu bildirilir.

Əməliyyat nəticəsində 38 silah götürülüb. Silahlar Polis idarəsinə aparılıb.