ABŞ-dan gözlənilməz addım — Fələstin müstəqil dövlət kimi tanınacaq

ABŞ-dan gözlənilməz addım — Fələstin müstəqil dövlət kimi tanınacaq backend

ABŞ-ın dövlət katibi Con Kerri Fələstin-İsrail problemini nizamlamaq üçün müqavilə hazırlayır.

Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, müqaviləyə əsasən, Fələstin dövləti 1967-ci ildəki sərhədləri daxilində müstəqil dövlət kimi tanınacaq.

İddiaya əsasən, Kerrinin hazırladığı sənəd Yaxın Şərq məsələsində istənilən danışıqların bazası rolunu oynayacaq. Eyni zamanda, Donald Tramp da prezident kimi vəzifəyə başlayanda bu sənəddən istifadə edəcək.

Sənədin bəndləri arasında Fələstin tərəfindən İsrail dövlətinin tanınması, İsrail tərəfdən isə paytaxtı Qüds olan Fələstin dövlətinin tanınması yer alır.

Hazırlanan sənəddə ərazi mübahisələrinin və işğal edilmiş Fələstin ərazisində inşa edilən yəhudi yaşayış məntəqələri məsələsinin həlli nəzərdə tutulub.

Qeyd edək ki, Yaxın Şərq məsələsinin nizamlanmasına dair konfrans 2017-ci ilin yanvar ayında Parisdə keçiriləcək.