Bu gün səhər saatlarında Moskva metrosunda həyəcanlı anlar yaşanıb. Axar.az xəbər verir ki, paytaxt polisinə metroya bomba qoyulması barədə məlumat daxil olub.
Metronun 3 stansiyası dərhal bağlanıb, təxminən 3 min nəfər metrodan təxliyə edilib.Hazırda axtarış aparılır.