Putinə yol göstərildi

Putinə yol göstərildi backend

Rusiya Mərkəzi Bankının faiz dərəcəsinin azaldılması barədə gözlənilməz qərarı ölkə iqtisadiyyatında davam edən xaosun və Qərbin tətbiq etdiyi sanksiyaların doğurduğu təsirin nəticəsidir.

QAZİLƏR.AZ-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bu barədə Ağ evin rəsmi nümayəndəsi Coş Ernest Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, bu, prezident Vladimr Putinin Şərqi Ukraynaya ekspedisiyasının nəticəsi olaraq konkret iqtisadi itkilərin sübutudur. Günlər keçir, Rusiya münaqişənin həllində öhdəliklərinə uyğun hərəkət etmir.
Buna görə də onun itkiləri artacaq. Hesab edirəm ki bu, prezident V.Putini öz strategiyasını yenidən gözdən keçirəcək. Çünki Rusiya iqtisadiyyatında xaos hökm sürür."
Xatırladaq ki, ötən gün Rusiyanın Mərkəzi Bankı gözlənilmədən faiz dərəcələrini 15%-dək aşağı salıb.
Diaspora