Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən "Tu-154” tipli təyyarəsinin sərnişinlərindən birinin cəsədi və "Birinci kanal" telekanalının jurnalistinin sənədi tapılıb.
Qaziler.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya güc strukturlarındakı mənbə məlumat yayıb.Cəsəd sahildən 5 km uzaqlıqda tapılıb. Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi general-mayor İqor Konaşenko cəsədin xilasetmə gəmisinin göyərtəsinə qaldırıldığını bildirib.
Qeyd edək ki, bundan öncə təyyarədə 91 nəfər deyil, 92 nəfərin olduğu barədə "Rossiya 24” telekanalı informasiya yayıb.