BMT-nin baş katibi Pan Gi Mun rüşvət almaqda ittiham olunur.
Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dekabrın 24-ü jurnalist araşdırmaları nəşri olan "Sisa Journal"-da dərc olunan məqalədə bildirilir.Məqalədə deyilir ki, Pan Gi Mun biznesmen Pak En Çandan "hədiyyə" kimi 230 min dollar alıb. Biznesmen ilk məbləği (200 min dollar) 2005-ci ilin may ayının 3-də gələcək baş katibə verib. Pan Gi Mun Vyetnamın xarici işlər nazirinin Koreyaya səfərinin şərəfinə təşkil edilmiş təbrik naharı zamanı bu pulu alıb.
2007-ci ildə biznesmen əlavə 30 min dolları Pan Gi Muna verib.