Britaniyada 50 məktəb ekstremizmin təbliğatında şübhəli bilinir

Britaniyada 50 məktəb ekstremizmin təbliğatında şübhəli bilinir backend

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında 50 məktəbdə antibritaniya dəyərlərinin və ekstremist təbliğatın aparılması ehtimalı ilə araşdırma başlayıb.

Trend-in “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, krallığın Təhsil Nazirliyinin apardığı yoxlamalar zamanı məlum olub ki, əsası ekstremistlər tərəfindən qoyulan məktəblər bütün ölkədə, xüsusilə də Luton, Birminqem və London şəhərlərində yayılıb.

Söhbət alternativ təhsil proqramı təklif edən və dövlət standartlarına cavab verməyən özəl məktəblərdən gedir. Britaniya hökumətindəki mənbələr qəzetə bildirib ki, radikallaşmaya evdə təhsil alan uşaqlar da məruz qala bilər. Daha çox əslən Somali, Banqladeş və Pakistandan olan məktəblilər risk qruplarından hesab olunur.

Xatırladaq ki, bu il Londonun Tauer-Hamlets rayonunda “Siddeeq” Akademiyası bağlanılıb. Həmin təhsil müəssisəsinin rəhbəri ekstremist fəaliyyətə görə məhkum olunmuş islamçı Mizanur Rəhman idi. M.Rəhman ötən ilin sonunda Pakistanda 130 tələbəni öldürmüş taliblər barədə danışarkən demişdi ki, taliblər haqsız yerə “şeytan” kimi qələmə verilir.
Diaspora