İtaliya yeni prezident seçdi

İtaliya yeni prezident seçdi backend

İtaliya qanunvericiləri Sergio Mattarellanı ölkənin yeni Prezidenti seçiblər. Üç gün davam edən səsvermənin yanvarın 31-də keçirilən dördüncü mərhələsində Konstitusiya Məhkəməsinin hakimi Sergio Mattarella 665 səs toplayaraq İtaliyanın 12-ci Prezidenti seçilib.

Səsvermənin yanvarın 29-da keçirilən birinci mərhələsində namizədlərdən heç biri tələb olunan səs çoxluğunu (673) toplamayıblar. Bu səbəbdən səsvermə növbəti mərhələlərdə davam etdirilib. Deputatlar Palatasının, Senatın üzvləri və 58 regional nümayəndə, ümumilikdə 1009 nəfər səsvermədə iştirak edib.
İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən namizədliyi irəli sürülən keçmiş müdafiə naziri 73 yaşlı Sergio Mattarella ölkənin siyasi həyatında önəmli yer tutur.
Diaspora