Dekabrın 23-də Rusiya prezidenti Vladimir Putinin ənənəvi olaraq ildə keçirilən sayca 12-ci mətbuat konfransında jurnalistlərin müxtəlif suallarına cavab verib
Qaziler.az bildirir ki, ənənəvi olaraq hər il keçirilən mətbuat konfransının gedişində Vladimir Putin beynəlxalq terrorizmlə mübarizədə birliyə çağırış edib, Rusiyanın ünvanına irəli sürülən ittihamlara cavab verib, Rusiya-Amerika münasibətlərinə, Rusiya səfininin Ankarada öldürülməsinə münasibət bildirib, iqtisadi müstəqillik və gələcək prezident seçkilərinin əhəmiyyətindən danışıb, həmçinin İrkutskda baş vermiş faciəni şərh edib.Bu mətbuat konfransı orada iştirak edən akkreditə olunmuş jurnalistlərin sayına görə - 1437 nəfər rekord sayılır.