Rusiya Hələbə hərbi polis batalyonu yeritdi

Rusiya Hələbə hərbi polis batalyonu yeritdi backend

Rusiya Hələbin azad olunmuş hissəsinə rus polis batalyonu göndərib.

Qaziler.az-ın məlumatına görə, Avropa.info xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu danışıb.

“Azad olunmuş ərazilərdə asayişin qorunması üçün dünən şəhərə hərbi polis batalyonu göndərmişik” – Şoyqu belə deyib.

Şoyqu qeyd edib ki, silahlıların Hələbdən çıxarılması əməliyyatı başa çatıb. Onun sözlərinə görə, bu iş Türkiyə və İran tərəfi ilə sıx əməkdaşlıq çərçivəsində baş tutub.

Qeyd edək ki, dünən Hələbdən sonuncu avtobus konvoyu çıxıb.