Çində 34 metr hündürlüyündə qar adamı heykəli hazırlanıb

Çində 34 metr hündürlüyündə qar adamı heykəli hazırlanıb backend

"Eurasia Diary" CCTV-yə istinadən xəbər verir ki, Çinin Xarbin şəhərində qardan heykəllər sərgisi açılıb. Qar adamının hündürlüyü isə 34 metr olub. Heykəlin hazırlanmasına 20 min kub metrdən çox qar istifadə edilib. Qar adam sərginin ən yüksək ekspozisiyası sırasına daxil olub.


Sərgidə həmçinin qar əjdahası, saray, nəhəng qar dənəciy və bir neçə qala nümayiş etdirilir. Bu heykəllərin qurulması üçün 120 min kub metr qar lazım olub.