Moskvanın daha bir hava limanından Azərbaycana təyyarələr uçacaq

Moskvanın daha bir hava limanından Azərbaycana təyyarələr uçacaq backend

2017-ci ilin yazından etibarən Rusiyanın paytaxtı Moskvada yerləşən "Jukovski" hava limanından Avropa və Asiyaya aviareyslərin yerinə yetirilməsinə başlanacaq. Bunu "İzvestiya" qəzetinə müsahibəsində "Ramport" (hava limanının inkişafına cavabdeh olan) şirkətinin baş direktorunun müavini Yevgeni Solodilin bildirib. Onun sözlərinə görə, ilkin prioritet istiqamətlər kimi Bakı, Tel-Əviv, İstanbul və Antalya şəhərləri götürülüb. "Biz yalnız MDB ölkələrinə deyil, eyni zamanda Avropa və Asiya ölkələrinə də uçmağa başlayacağıq. Tədricən biz uçuş coğrafiyamıza Bakı, Tel-Əviv, İstanbul kimi istiqamətləri əlavə edəcəyik. Aprel-may aylarından etibarən isə Antalyaya aviareyslər yerinə yetiriləcək", - deyə o bildirib.


Y.Solodilin əlavə edib ki, adıçəkilən hava limanından Türkiyəyə uçuşları "Pegasus" aviaşirkəti yerinə yetirəcək. Şirkət İstanbul və Antalyaya həftədə 7 dəfə uçacaq.

Baş direktorun müavini bildirib ki, hazırda Macarıstanın "Wizz Air" şirkəti daxil olmaqla bir sıra xarici daşıyıcılarla danışıqlar aparılır.