Türkiyədə 31 İŞİD-çi saxlanıldı

Türkiyədə 31 İŞİD-çi saxlanıldı backend

Türkiyədə İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 31 üzvü saxlanılıb. BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş prokurorluğu terror təşkilatı ilə əlaqəsi olan 41 nəfərin saxlanılması haqda qərar qəbul edib.

Prokurorluğun qərarına görə, əməliyyatlar nəticəsində axtarılan 41 nəfərdən 31-i həbs olunub. Onların İŞİD terror təşkilatının üzvü olmaları rəsmi şəkildə təsdiq olunub. Şübhəli bilinən digər 10 nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, İŞİD terror təşkilatı Türkiyənin iki hərbçisini diri-diri yandırıb.