AKP: Papanın bəyanatı Qərbin antitürk kampaniyasının hissəsidir

AKP: Papanın bəyanatı Qərbin antitürk kampaniyasının hissəsidir backend

Roma Papası Fransiskin 1915-ci il hadisələrinin ermənilərə qarşı "soyqırım" olması ilə bağlı bəyanatı Qərbdə aparılan antitürk kampaniyasının hissəsidir. Bunu bazar ertəsi Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarə heyətinin üzvü Məzhər Bağlı deyib.

Onun sözlərinə əsasən, daha əvvəl bəzi Avropa ölkələri də belə bəyanatla çıxış ediblər: "Roma Papasının bəyanatına əsaslanaraq Qərbin Türkiyəyə qarşı ümimilikdə münasibəti barədə fikir söyləmək olar". M.Bağlı qeyd edib ki, Türkiyə belə bəyanatlara cavab verə biləcək ölkədir.
Diaspora