İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvilinin ölüm səbəbi məlum olub.
Cuqaşvilinin cəsədi bu gün Moskvanın şimal-şərqində yerləşən evinin yaxınlığında aşkar edilib.Qaziler.az bildirir ki, "Komsomolskaya pravda"nın məlumatına görə, Stalinin nəvəsi ictimai nəqliyyatın dayanacağında huşunu itirib. O, təcili yardım maşını gələnə qədər həyatını itirib.
Stalinin böyük oğlu Yakovun ailəsində dünyaya gələn Yevgeni Cuqaşvili 81 yaşında vəfat edib.