Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatında həlak olan hərbçilərinin sayı 16-ya çatıb.
Avropa.info xəbər verir ki, Türkiyənin müdafiə naziri Fikri İşık Suriyada həyata keçirilən əməliyyatlarda həlak olanların sayının 16-ya çatdığını açıqlayıb.Dünən davam edən əməliyyatlar zamanı İŞİD-in hücumuna məruz qalaraq yaralanan türk əsgərlərindən ikisini də xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, silahlı qüvvələrdən bundan əvvəl verilən açıqlamada 14 əsgərin həlak olduğu açıqlanmışdı.