Karlov dəfn edildi

Karlov dəfn edildi backend

Rusiyanın Ankarada qətlə yetirilən səfiri Andrey Karlov dünən dəfn edilib. Axar.az xəbər verir ki, Karlovun cənazəsi uzun illər xidmət etdiyi Rusiya XİN-in binasında təşkil olunan mərasimdən sonra son mənzilə yola salınıb.

Mərasimdə Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyev də iştirak edib.

Xatırladaq ki, Karlov dekbarın 19-da Çevik Polis Alayının zabiti Mövlud Mərd Altındaş tərəfindən qətlə yetirilib.