ABŞ Rusiyaya nota verdi

ABŞ Rusiyaya nota verdi backend

Keçən həftə rus təyyarəsinin Baltik dənizi üzərində uçan Amerika təyyarəsini təqib etdiyinə görə ABŞ Rusiyaya etiraz notası verdi.

QAZİLER.AZ saytı “Milliyyet.com.tr”-a istinadən xəbər verir ki, aprelin 7-də Baltik dənizi üzərində kəşfiyyat uçuşu edən RC - 135U tipli Amerika təyyarəsinə toqquşacaq qədər yaxınlaşmış rus təyyarəsi aləmi bir-birinə qatıb. ABŞ Müdafiə Nazirliyinin Pentaqon Hərbi Baza sözçüsü Mark Rayt da keçən həftə yaşanan hadisənin ardından Rusiyaya etiraz notası verildiyini məlumat verib.
Rayt verdiyi açıqlamada bildirib ki, rus təyyarəçisinin bu hərəkəti peşəkarlıqdan uzaqdır və bütün təyyarə heyətini risk altına atıb. “Daha da önəmlisi budur ki, tək bir pilotun diqqətsiz hərəkəti, ölkələr arasındakı gərginliyin artmasına da gətirib çıxara bilir”, -deyə o qeyd edib.
Mark Rayt Baltik suları üzərində cərəyan edən hadisənin Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində dəyişən təhlükəsizlik mühitindən qaynaglandığını da bildirib.
Buna cavab verən Rusiya tərəfi isə amerikan təyyarəsinin Rusiya hava sahəsinə tərəf uçarkən göründüyünü, alıcı-verici kanalı olan transponder qurğusunun bağlı halda uçduğunu bildirib.
Qeyd edək ki, Pentagon,kecən il də Rusiyanın Su-27 tipli hərbi təyyarəsinin Oxot dənizində beynəlxalq sularda ABŞ kəşfiyyat təyyarəsini təqib etdiyini açıqlamışdı.
Diaspora