Yaponiyanın Niiqata prefekturasında İtoiqava şəhərində dəhşətli yanğın başlayıb. BakiPost.az xəbər verir ki, səhər saatlarında Çin restoranında başlayan yanğın qısa zaman ərzində digər binalara da keçib. Hazırda şəhərdə 140-dan çox binanın yandığı və 2 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə ilə əlaqədar 600-ə yaxın adam təxliyə olunub. Şəhər rəhbərliyi baş verən güclü yanğınla əlaqədar qonşu şəhərlərə müraciət edib.