Türkiyə silahlı qüvvələri Suriyanın şimalında Əl-Bab qəsəbəsi uğrunda İŞİD-lə gedən döyüşlərdə ağır itki verib.
Virtualaz.org Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, dekabrın 22-nə keçən gecə döyüşlərdə azı 14 Türkiyə əsgəri həlak olub, 33 hərbçi yaralanıb. Yaralananların 18-nin vəziyyəti ağırdır. Döyüşlərdə 138 İŞİD terrorçusu məhv edilib.Türkiyə ordusunun Suriyada əməliyyata başladığı vaxtdan bu yana üzləşdiyi ən ağır itkinin İŞİD-in intihar hücumu nəticəsində baş verdiyi bildirilir. Terrorçular bomba yüklü avtomobillə Türkiyə ordusunun mövqelərinə hücum ediblər. Bununla da Türkiyənin “Fərat qalxanı” əməliyyatında canlı qüvvə itkisi 35-ə çatıb. Ötən gün isə daha 4 əsgər həlak olmuşdu.
Türkiyə silahlı qüvvələrindən verilən açıqlamaya əsasən Əl-Bab qəsəbəsi uğrunda müxalif qüvvələrin iştirakı ilə aparılan hücum əməliyyatlarında terroçuların bir neç avtomobili və ağır silahları məhv edilib. Habelə İŞİD-in bomba yüklü avtomobili Türkiyə aviasiyasının hava zərbəsi nəticəsində zərərsizləşdirilib.