Rusiyanın paytaxtı Moskvada, metronun "Kolomenskaya" stansiyasının yeraltı keçidində partlayış olub. Trend-in verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerində yanğınsöndürmə və təcili tibbi yardım briqadaları işləyir.Yerli KİV-in məlumatına əsasən, keçiddə aparılan qaynaq işləri zamanı qaz balonu partlayıb.