Nigeriyada 1,8 min nəfər girovluğundan azad edilib

Nigeriyada 1,8 min nəfər girovluğundan azad edilib backend

Nigeriya ordusu 1,8 min nəfəri “Boko Haram”ın girovluğundan azad edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Accosiated Press” məlumat yayıb.

Məlumata görə, əməliyyat dekabrın 15-dən 21-dək davam edib. Ötən həftə Sambis meşə massivində 600 insan girovluqdan xilas olunub.

Son vaxtlar Nigeriya hökuməti ölkənin şimal-şərqindəki Borno ştatında ekstremistlərə qarşı mübarizəni daha da artırıb. Noyabrda Çad gölünün cənub ərazisi silahlılardan təmizlənib. Həmin vaxt 85 nəfər girovluqdan xilas edilib.