Türkiyə Baş Qərargahının son dəqiqə açıqlamasına görə, "Fərat qalxanı" əməliyyatında 14 əsgər şəhid olmuş, 6-sı ağır olmaqla 33 əsgər yaralanıb.
Qaziler.az-ın Hürriyet-ə istinadən verdiyi xəbərə görə, açıqlamada İŞİD-ə məxsus 67 hədəfin məhv edildiyi, 138 İŞİD terrorçusunun öldürüldüyü bildirilib. Bundan başqa, İŞİD terrorçuları tərəfindən 3 fərqli hücumun təşkil olunduğu deyilib.14 türk əsgəri şəhid oldu

