İranın Türkiyənin İstanbul, Ərzurum və Trabzon şəhərlərindəki baş konsulluqları dekabrın 22-də də bağlı olacaq.
“Report” Ulusalkanal-a istinadən xəbər verir ki, bu barədə Tehranın Ankaradakı səfirliyinin saytında məlumat yayılıb.Diplomatik təmsilçilikdən bildirilib ki, dekabrın 22-də fəaliyyət göstərilmədiyindən vətəndaşlardan müraciət etməmələri xahiş olunub.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar İran tərəfi adı çəkilən şəhərlərdəki baş konsulluqlarının dekabrın 21-də fəaliyyət göstərməyəcəyini bildirib.