Ərdoğanın kortejində motosiklet çaxnaşma yaratdı

Ərdoğanın kortejində motosiklet çaxnaşma yaratdı backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın korteji ilə əks istiqamətdə hərəkət edən bir motosiklet həyəcana səbəb olub.

Turaninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə prezidentin Ankaraya getmək üçün bu gün Üsküdardakı evindən çıxandan sonra baş verib.
Kortej 15 iyul Şəhidlər Körpüsü üzərində hərəkət edərkən qarşı tərəfdən bir motosiklet gəlib. Polis motosiklet sürücüsünə dərhal müdaxilə edib.